Reklam verin!

Vətəndaş Jurnalizmi

Yazar: ligabaku @ Fevral 11, 2008 23:20

Hörmətli ziyarətçilər!

Azərbaycan Demokratik Jurnalistlər Liqası vətəndaşların jurnalizmə cəlb
edilməsi ilə bağlı proqram həyata keçirir. Proqram www.mediaforum.az saytı ilə müştərək olaraq gerçəkləşdirilir. Hal-hazırda dörd bölgə (Şimal, Cənub, Qərb və Aran) üzrə Forum yaradılıb və siz Foruma www.mediaforum.az saytının yuxarı hissəsində fləş banerinə və ya sadəcə http://mediaforum.az/forum/ ünvanına tıklamaqla daxil ola bilərsiniz. Proqram çərçivəsində hər bölgə üzrə bir bloq yaradılıb. Bloqlarla aşağıdakı linklərə tıklamaqla tanış ola bilərsiniz:
http://qerb.azeriblog.com/
http://shimal.azeriblog.com/
http://canub.azeriblog.com/
http://aran.azeriblog.com/


Məqsəd nədir?

Vətəndaşların jurnalizmə cəlb edilməsi yolu ilə onların gündəlik narahatçılıqlarını üzə çıxarmaq, problemləri vətəndaşların birbaşa özlərindən eşitmək və səlahiyyətli şəxslərin vəzifələrinə daha məsul yanaşmalarını təmin etməkdir.

Bu məqsədə necə nail oluruq?

Sizlərin hər birinizin problemi var, həllini gözləyən məsələsi var, qarşılaşdığı ədalətsizlik var, ünvanına yetişməyən məktubu var, neçə illər qəlbində gəzdirdiyi iztirabları var, gördüyü cinayət var, vəzifə borcunu yerinə yetirmək üçün rüşvət istəyən məmur tanıyır, təklifi, tövsiyyəsi var, məsləhəti var, beynəlxalq təcrübədən öyrətməli bilikləri var. Bəlkə sizin yazdığınız, amma çap edilməyən məqaləniz var. Onda elə bu bloqlar sizin üçündür. Dərdlərinizi bölüşün, problemlərinizdən danışın. Sizin səsinizi respublikada hamı eşidəcək. Hər şeyi ürəkdə saxlamaq olmur. Ürəyinizə yazığınız gəlsin. Dolu ürəyinizi bura böşaldın.

Hamınıza uğurlar arzusuyla,

Azərbaycan Demokratik Jurnalistlər Liqası

Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 101
Açar sözlər:
Bookmark and Share

  Yazılar cəmi: 1